Qadın ölümdən son anda qurtuldu – VİDEO

ABŞ-da turist qadının son anda ölümdən xilas edilməsini əks etdirən video yayılıb.

“CBS Los Angeles” xəbər verir ki, 69 yaşlı qadın Kaliforniyanın Rubio kanyonunda gəzərkən yarğandan yıxılıb.

Kadrlarda qadının köməksiz halda kolluqdan tutunub sallandığını görmək olar.

Kəndirlə heliopterdən hadisə yerinə düşən xilasedici altdan yavaş-yavaş qadına yaxınlaşır.

Taqətdən düşmüş qadın əlini buraxır və düşməyə başlayır.

Bu an xilasedici onu tutub saxlaya bilir və qadın helikopterə qaldırılır.

 

0.66131687164307