İlkin Rüstəmzadənin şikayəti üzrə araşdırma aparılır - RƏSMİ AÇIQLAMA - VİDEO

 

 

İlkin Rüstəmzadənin məlum avtomobil tərəfindən vurulma təhlükəsilə bağlı iddiaları tərəfimizdən tam və hərtərəfli araşdırılıb.

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev paralel.az-a bildirib ki, araşdırmalar nəticəsində həmin avtomobil müəyyən olunaraq, sürücünün izahatı alınıb, ərazi üzrə “Təhlükəsiz şəhər” kameralarının görüntülərinə baxılıb.

E.Hacıyev əlavə edib ki, iddialar təsdiqini tapmayıb:

“Vətəndaşın müraciəti üzrə araşdırmalar davam etdirilir”.

İlhamə Əbülfət

0.67673993110657