Azərbaycanlıları qanunsuz qeydiyyata alan hostel rəhbərliyi məsuliyyətə cəlb olundu

 

 

Rusiyanın Moskva şəhərində qanunsuz miqrantı qeydiyyata alan hostelin rəhbərliyinə qarşı cinayət işi açılıb.

TASS-ın verdiyi xəbərə görə, o, Cənubi Qafqaz və Orta Asiyadan olan 3000 qanunsuz miqrantı qeydiyyata alıb.

Bildirilir ki, “OVAL” MMC-nin qanunsuz qeydiyyata aldığı şəxslər Azərbaycan, Özbəkistan və Tacikistan vətəndaşlarıdır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

0.66138482093811