Çingiz Qənizadəyə Beyləqanda etiraz – Vətəndaşlar görüşünə çıxmadılar

80 saylı İmişli-Beyləqan seçki dairəsindən “özünü buraxan” deputatlığa namizəd Çingiz Qənizadə Beyləqanda şok yaşayıb.

AzFakt.com-a Beylqəndan verilən məlumata görə, bu gün Şərq qəsəbəsinə vətəndaşlarla görüşə gələn Çingiz Qənizadə kənd sakinləri tərəfindən baykot edilib.

Belə ki, bir yerə yığışan kənd sakinlərinə yaxınlaşan Çingiz Qənizadə şok yaşayıb. Şərq qəsəbə sakinləri “özünü buraxan” deputata etiraz olaraq görüş yerini kütləvi şəkildə tərk ediblər.

Sakinlərdən bir neçəsi Çingiz Qənizadəyə “Yenidən hansı üzlə deputat olmaq istəyirsən” sualını versələr də, namizəd sakinlərin suallarını cavabsız qoyaraq, ona sürücülük edən İkinci Şahsəvən bələdiyyə sədri Elburus İbrahimovla birlikdə kənddən gediblər.

Onu da qeyd edək ki, bir neçə gün öncə sakinlər Prezidentə müraciət edərək bildiriblər ki, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə bu gün mələk cildində camaatın qarşısına çıxır:

"Qarşıdan 9 fevral seçkiləri gəlir. Həm də bahar gəlir. Amma görünəni odur ki, bu dəfə də bizim zonaya bahar gəlməyəcək. Çünki rayonumuzda hələ də köhnə ab-havadır. Prezidentimiz çağırış etdi, bəyan etdi ki, seçiləcək deputatlar xalqın maraqlarını ifadə etməlidirlər. Amma bizim dairədə belə olmayacaq. Çünki indidən saxtakarlıq gedir".

Müraciət müəllifləri daha sonra yazır: "Utanmır axırıncı baş verənlərdən. İndi də görüşlərini qocalarla, yaşlı qadnlarla gizli təşkil edir ki, kimsə bilməsin. Çünki camaat onu axtarar. Əgər görüşündən xəbərimiz olsa, ona deyəcək sözlərimiz var: "Çingiz Qənizadə sən mələk cildində camaatın qarşısına çıxma. Səni yaxşı tanıyırıq. Əslindeə heç tanıyıb eləmirik. 5 il deputat oldun, üznü də görmədik".

Qeyd edək ki, müraciət müəllifləri daha ağır ifadələr işlədirlər ki, bu da etik və jurnalistika normaları baxımından ictimailəşdirilə bilməz. Sakinlər müraciətlərini belə bitirilər: "Hünəri varsa, seçicidən qorxmasın..."

İddia olunanlarla qarşı tərəfi də dinləməyə hazırıq.

0.61136293411255