Dağıntılar altından çıxarılan şəxs: “Əlil olduğum üçün qaça bilmədim”

 

 

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra xilas olan şəxs yaşadıqlarını dilə gətirib.

“Haberler”in yaydığı məlumata görə, dağıntılar altından çıxarılan Aydın Kahraman əlil olduğu üçün qaça bilmədiyini deyib:

“Yanımda qızım və kürəkənim var idi. Əlil olduğum üçün onlara “siz qaçın” dedim. Sonra üstümə beton düşdü. Üç saat o vəziyyətdə qaldım. Sonra oğlumun “ata, hay ver” dediyini eşitdim.

Səsimi eşidib yerimi müəyyənləşdirdilər. 5-10 dəqiqə sonra oğlum yanıma gəldi. Sonra isə üstümdəki betonu qaldırıb məni çıxardılar.

Bu binalar 1988-ci ildə tikilib. Bizi zəlzələ öldürmədi. Yeyinti nəticəsində səhv tikilən binalar öldürdü”, - deyə həmin şəxs bildirib.

0.65283012390137