Penitensiar Xidmətin rüşvət alan keçmiş bölük komandiri bəraət istəyir

 

 

Penitensiar Xidmətin hərbi hissəsində bölük komandiri olmuş Kazım Həsənovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib. 

paralel.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən K.Həsənov barəsində bəraət hökmünün çıxarılmasını istəyir. 

Məhkəmənin ilkin baxış iclası yanvarın 28-nə təyin edilib. Şikayət hakim Mirzəli Abbasovun icraatına verilib. 

Qeyd edək ki, K.Həsənov Cinayət Məcəlləsinin (CM) 311.2.3-cü (təkrar rüşvət alma) maddəsi ilə ittiham edilir. 

Rəsmi ittihama görə, o, tabeliyində olan əsgərlərdən həftəsonu buraxılışı və uzunmüddətli məzuniyyətlər üçün rüşvət alıb. K.Həsənov özünü təqsirli bilməyib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, K.Həsənova CM-nin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilməklə, beş il azadlıqdan məhrumetmə cəzası verilib. Həmçinin, hökmdə ona CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib.

0.63286399841309