Dairə seçki komissiyasının sədri istefa verdi - Hospitala yerləşdirildi

Xətai rayonu 35 saylı üçüncü dairə seçki komissiyasının sədri İmran Hüseynəliyev tutduğu vəzifədən istefa verib. 

Unikal.org-un məlumatına görə, onun istefa verməsinə səhhətində yaranan ciddi problemlər səbəb olub və artıq hospitala yerləşdirilib. 

İ.Hüseynəliyev Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib və işdən çıxmaqla bağlı ərizə yazmasını belə əsaslandırıb:  

“Hazırda Daxili İşlər Nazirliyinin hospitalındayam. Ürəyimdə ciddi problemlər var və bu vəziyyətdə  fəaliyyət göstərə bilməyəcəyimi görüb işdən çıxmaq məcburiyyətində qaldım”. 

0.5388491153717