Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğradı, tibb işçiləri yaralandı

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

APA xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb. 

9 saylı Təcili Yardım Stansiyasının təcili təxirəsalınmaz tibbi yardım xidmətinin avtomobili çağırışdan geri dönərkən “Hyundai” markalı avtomobillə toqquşub.  

Qəza nəticəsində tibb bacısı, sürücü və feldşer xəsarət alıb. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. 

0.90299892425537