72 yaşlı Əhliman Əmiraslanov yenə necə deputat olur?

Əhliman Əmiraslanovun 72 yaşı var. O, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizəddir.

Prezident komandasını gəncləşdirir, yeni nəslin istedadlı, intellektli kadrlarını vəzifələrə təyin edir, son olaraq Davos forumunda seçkilərdən danışarkən Milli Məclisin də yeniləşməsinin zəruriliyini vurğulayır, lakin 72 yaşlı Əmiraslanov yenə deputatlıq arzusundadır.

Azərbaycan Tibb Universitetinin rektoru olmuş Ə.Əmiraslanovun bu yaşında parlamentdə niyə olması, bu dairədən perspektivli bir gəncə üstünlük verilməməsi, islahatların tempi ilə ayaqlaşmasının mümkünsüzlüyü göz qabağındadır, sual doğurur.

Onun deputat təyin olunacağı şübhə doğurmur. Çünki bu dairədə seçkidən danışmağa dəyməz. Ə.Əmiraslanovun rəqibləri təqaüdçü Tahir Ağayev, Sabirabadın Sunala sahəsində nasos qurğularının maşinisti Telman Bağırov, fiziki tərbiyə müəllimi Xəyal Əhmədovdur. Sizcə, onların namizədliyi niyə qeydə alınıb və deputatlıq şansları ola bilərmi?

Habelə – “İnkişaf üçün maliyyə” MMC-nin Göyçay filialının müdiri Elnur Qasımov, Saatlının Varxankənd məktəbinin direktor müavini Rubabə Quliyeva, BDU-da fəaliyyət göstərən “Gənc İstedadlar” liseyinin riyaziyyat müəllimi Haqverdi Tapdıqov Ə.Əmiraslanova qalib gələ bilərmi? – bəlkə də gələr…

İntəhası, bu dairədən məhz onun deputat qalib elan edilməsi üçün heç bir parlaq, uğurlu, nüfuzlu, bu zonada siyasi fəaliyyəti ilə fərqlənən şəxs Ə.Əmiraslanova rəqib olmayıb.

Hər üç bölgədən gələn məlumatlardan, sosial şəbəkələrdə Saatlı, Sabirabad və Kürdəmir seçicilərinin yazdıqlarından anlaşılır ki, onlar Ə.Əmiraslanovun deputatlığını istəmirlər, dəstəkləmirlər, səs vermək də istəmirlər. Sadəcə, bu dairədə ona rəqib olacaq güclü namizəd yoxdur deyə asanlıqla deputatlıq təyinatı reallaşacaq.

Xatırladaq ki, bir müddət əvvəl Bakı sakini Vüqar Yusif oğlu Bağırov Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun ona 1 milyon 534 min ABŞ dolları həcmində ziyan vurduğunu bildirmişdi.

Bundan əlavə, Bakıda 060 rəqəmi ilə bitən avtomobil nömrələrinin əksəriyyətinin onlara məxsus olduğu deyilir. Eyni zamanda Səməd Vurğun küçəsi230 D ünvanında yerləşən “A Club” da Əmiraslanovların əyləncə yerinə çevrilib.

Hətta “A Club”un 12-ci mərtəbəsində Azər Əmiraslanovun güzgülü əyləncə evi də var. Baxmayaraq ki, əyləncə evinin altında, yəni 11-ci mərtəbədə Azər Əmiraslanovun dayısı yaşayır.

Olimpik Star”ın yaxınlığında yerləşən “Şam” restoranının qapısı ilə üzbəüz Xan Şuşinski 158-də üçmərtəbəli villa da Əmiraslanovlara məxsusdur.

Həmin villada Əhliman Əmiraslanovun işgüzar görüşlər keçirdiyi söylənir. “Azər-Türk” klinikası da Azər Əmiraslanova məxsusdur, ancaq oranı başqası işlədir.

Mənbə Reportyor.info

0.6189980506897