Bakıda üç maşın toqquşdu: Yaralılar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. 

Şüvəlan qəsəbəsində üç avtomobilin toqquşması zamanı 1981-ci il təvəllüdlü Məmmədzadə Xanbaba Zakir oğlu, 1989-cu il təvəllüdlü Musayeva Aysel Şirvan qızı xəsarət alıblar. 

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. 

X.Məmmədzadəyə çanağın, A.Musayevaya isə sol bel nahiyəsinin əziyi diaqnozları qoyulub. 

0.77494096755981