Ağ Evdə xaricilərə rüşvət verməyi qadağan edən qanuna yenidən baxılacaq

ABŞ Prezidenti Donald Trampın administrasiyası şirkətlərə xarici məmurlara rüşvət verməyi qadağan edən qanuna  (FCPA, xaricdə rüşvət praktikası haqqında qanun) dəyişiklik etməyi nəzərdən keçirir.

“Bloomberg”in məlumatına görə, bu barədə ABŞ Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou bildirib.

“Dəqiq məlumat verə bilmərəm, lakin biz bu qanun layihəsinə dəyişiklik edilməsini nəzərdən keçiririk”, - deyə Kudlou jurnalistlərə bildirib və əlavə edib ki, Ağ Evə artıq bu məsələ ilə bağlı bir neçə şirkətdən müraciət daxil olub.

“Bloomberg” bildirir ki, cari qanunun dəyişdirilməsinin əsas tərəfdarı Prezident Donald Trampdır. O, hələ 2017-ci ildə sabiq Dövlət katibi Reks Tillersonla bu məsələ ilə bağlı mübahisə edib.

“Öz biznesini xaricdə yeritmək üçün amerikalı iş adamlarına rüşvət verməyin qadağan olunması ədalətsizdir”, - agentlik Trampın sözlərini sitat gətirir. 

Amerikalı iş adamlarına xarici məmurlara rüşvət verməyi qadağan edən qanun arda-arda baş verən qalmaqallardan sonra 1977-ci ildə qəbul edilib. 

FCPA-nın pozulmasına görə müxtəlif illərdə “Walmart”, “Halliburton”, “JPMorgan”, “Hewlett-Packard” və digər tanınmış şirkətlər cərimələniblər.

0.62915205955505