Icra başçısı Mübariz Əhmədzadənin qohumu "DOST"dan maaş alır - İş adamıdır

Zaqatala rayonun icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə də ödənişli ictimai işlər üçün büdcədən ayrılan vəsaitə göz dikib. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli facebook səhifəsində məlumat verib.

Araşdırmaçı jurnalist Cavanşir Həsənlini bildirib ki,  Zaqatala rayonun icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin yaxın adamı Berikov Hacımurad Əhməd oğlunun qızı Berikova Mədinə Hacımurad qızı "Dost" maaşı alanlar siyahısındadır:

"Daha doğrusu onun da adı ödənişli ictimai işçilər siyahısna salınıb, amma maaşını icra başçısı alır. Hacımurad Berikov 1999-cu ildən 13 saylı Ərazi Vergilər İdarəsində kommersiya qurumu kimi qeydiyyatdan keçmiş, Zaqataladakı "Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı"nın qanuni təmsilçisidir."

zaq5

zaq3

zaq4

0.62025499343872