Gəncə Texnologiya Universitetində korrupsiya faktları

Universitetin tələbəsi ölkə başçısına müraciət etdi...

Gəncə Texnologiya Universitetinin tələbəsi Bağırov Rizvan Cavad oğlu Prezident İlham Əliyevə video-müraciət ünvanlayıb.

Müraciətinin surətini Hurriyyet.org-a göndərən tələbə bildirir ki, Texnologiya Universitetində korrupsiya faktları mövcuddur. O, buna misal olaraq dərsə gəlmiyən tələbələrin imtahana buraxılmasını göstərir:

“Qiyabi şöbənin dekanı Babək Həsənovun akademik məzuniyyət yazdırdığı tələbələr hal-hazırda dərsə gəlmirlər, bir çox tələbələr dərsə gəlmədikləri halda kursdan-kursa keçir”.

Tələbə Rizvan Bağırov dekan Babək Həsənova öz etirazını bildirdikdə ki, “niyə davamiyyəti olmayan tələbələrə akademik məzuniyyət yazıdırırsınız”, bundan sonra dekanla aralarında ziddiyyət düşüb:

“ATU-nun dekanı Babək Həsənov “get, hara şikayət edirsən, et”, - dedi.

Şikayətçi tələbə bununla bağlı Təhsil Nazirliyinin heç bir mövqe ortaya qoymadığını bildirir.

Prezidentə müraciətində Rizvan Bağırov qeyd edir ki, dekan ATU-nun rektoru Akif Süleymanova arxalanır. Bu baxımdan, o, Prezident İlham Əliyevə müraciət edir ki, “Texnologiya Universitetinin rektoru Akif Süleymanovun və dekan Babək Həsənovun özbaşınalıqların qarşısı alınsın”.

Videonu bu linkdən izləyin: https://www.facebook.com/watch/?v=1888294774648272

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1.5952758789062