Beynəlxalq axtarışda olan universitet əməkdaşı dünyasını dəyişdi - Amil Mirzəyevin adı 1, 3 milyon manatlıq yeyintidə hallanırdı

Gəncə Texnologiya Universitetinin Maliyyə Şöbəsinin sabiq müdiri Daxili İşlər Nazirliyinin və "İnterpol"un axtarışında olan Mirzəyev Amil Mirzə oğlu dünyasını dəyişib.

Qeyd edək ki, 2015-ci ilin Maliyyə Nazirliyinin yoxlaması zamanı Texnologiya Universitetinin Mühasibatlıq şöbəsində bir milyon üç yüz min manatın mənimsənilməsi aşkarlanmışdır. Bununla bağlı Baş Prokurorluğun Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində çinayət işi açılaraq Gəncə Şəhər Ağır Çinayətlər Məhkəməsinə göndərilmişdir.

Yüzlərlə universitet əməkdaşları məhkəmədə şahid qismində dindirilmişdir. Prosesin gedişində dəfələrlə ATU-nun rektor Akif Süleymanov məhkəməyə dəvət olunsa da, müxtəlif bəhanələrlə dindirilmədən yayınırdı. Buna baxmayaraq, məhkəmə məcbur edərək rektoru şahid qismində dindirmişdir.

Sabiq baş mühasib Amil Mirzəyev bir milyon üç yüz min manatın, 500 min manatının ödənilməsini şəxsən öz üzərinə götürüb, “Kapital Bank”ın Gəncə filialına ödəniş etsə də, qalan 800 min manatın kimlər tərəfindən ödənilməsi sual altında qalmışdır.

Hələ də ödənilməyən 800 min manata aydınlıq gətirən yoxdur. Bu işlə bağlı ATU-nun rektoru Akif Süleymanov boyun qaçıraraq bildirmişdir ki, onun xəbəri yoxdur. Amma mənimsənilən pulun rektorun şəxsi elektron imzası ilə köçürülməsi məhkəmədə sübut olunmuşdur. Lakin baş mühasib ölkədən qaçdığından, bütün korrupsiya faktını ATU-nun rektoru Amil Mirzəyevin üzərinə atmışdır.

Gəncə Ağır Cinayət Məhkəməsində universitetin mühasibatlıq şöbəsinin mühasibinə və universitetin bir əməkdaşına icbari iş kəsilərək, ölkəni müəyyən müddətə tərk etməməsinə həbs qoyulmuşdur. Adı çəkilən sabiq baş mühasib Amil Mirzəyevin isə məhkəmədə təqsiri sübuta yetirilərək, 2015-ci il dən Daxili İşlər Nazirliyinin axtarışına verilmişdir.

Əldə etdiyimiz məlumata əsasən, universitetin sabiq baş mühasibi Amil Mirzəyev Ukraynanın paytaxtı  Kiyev şəhərində dünyasını dəyişmişdir. 30 dekabr 2019-cu il də Gəncə şəhərinə gətirilərək dəfn olunmuşdur.

Qeyd edək ki, "İnterpol”un axtarışında olan Amil Mirzəyevin adı dünyasını dəyişdiyi 30 dekabr 2019-cu il tarixdən beynəlxaql axtarışdan çıxarılmışdır.

Müəllif AZƏR

Mənbə hurriyyet.org

0.12894701957703