Məşhur heykəltəraş evində güllələnərək öldürüldü

 

 

Türkiyənin Bodrum şəhərində yaşayan məşhur rəssam və heykəltəraş Rıfat Koçak evində silahla vurulmuş halda ölü tapılıb.

Qeyd edək ki, Qızılağac Məhəlləsində yaşayan bir uşaq atası 49 yaşlı Rıfat Koçakın cəsədini bu gün kondisioner təmiri üçün evinə gələn usta tapıb. Usta hadisə yerinə polisləri çağırıb.

İlkin məlumata görə, intihar etdiyi deyilən Koçak bundan öncə də intihara cəhd edibmiş.

Pis xəbəri eşidən yaxınları sənətçinin evinə gəlib. 

Qeyd edək ki, düzəltdiyi metal heykəllərlə çoxlu sayda sərgilərə qatılan Rıfat Koçak keçən ilin sentyabr ayında keçirdiyi iş qəzası ilə barmaqlarından yaralanmışdı.

0.41630792617798