Qadınları fahişəliyə cəlb edən məhşur “Antalya Mehman” necə azadlığa çıxıb?

Nəsimi rayon Məhkəməsində qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən “Antalya Mehman” kimi tanınan Mehman Həsənov, Baxşəli Qəhrəmanov və Güləndam Murtuzovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BakuPost.az-ın məlumatına görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi ilə tətbiq edilib və şərti cəza verilib. Hər 3 şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Protest Bakı Apelyasiya Məhkəməsində hakimİ Faiq Qasımovun icraatına verilib.

Bir müddət öncə mediadan yayılan məlumatlara görə, “Antalya Mehman” kimi tanınan Mehman Həsənov, Baxşəli Qəhrəmanov və Güləndam Murtuzovanın paytaxtın Nəsimi rayonu ərazisində "Jasmin", "Şarden", "Səma", "Play", "Dalğa" və Nərimanov rayonunda "Atilla", "Diana", "Venus" adlı obyektlərdə əxlaqsız yuvaları təşkil etmələri istintaq orqanları əməkdaşları tərəfindən aşkar edilib.

"Antalya" ləqəbli qadın alverçisi…

 

Öncə onun "Antalya Mehman" ləqəbi ilə tanındığını və ləqəbi necə qazandığındı barədə məlumat verək. Mehmanın illər əvvəl qumarxana sahibi olduğu deyilir və yaxşı qazanc əldə etdiyi dövrdə özü də bu oyunun aludəçisinə çevrilir.

O, qumarxanadan xeyli pul qazana bilsə də, qumar oynamaqda əldə etdiklərini itirməyə başlayıb. Nəticədə iflasa uğrayır, sonradan isə Bakıda yerləşən "Antalya" restoranını icarəyə götürməklə yenidən arenaya qayıtmaq fikrinə düşür.

Onun bir müddət həmin obyekti işlədikdən sonra şəhərin mərkəzində bir neçə masaj salonı açmağa başladığı deyilir. İlk günlər massaj salon kimi fəaliyətdə olan bu obyektlərin sonradan məşhur fahişəxanalara çevrildiyi qeyd olunur.

"MTN"lə əlaqə, şantaj, təhdid…


Belə pritonlardan biri də az öncə qeyd etdiyimiz "Atilla" masaj salonudur. Adı çəkilən obyektin reklamı isə ölkədə əsasən cinsi istəkli auditoriyaya malik "Odnaklassniki.ru" sosial şəbəkəsidə gedib. "Atilla masaj salonu" adı ilə fəaliyyət göstərən profildə seks işçilərinin fotosu paylaşılaraq intim təkliflər edilib. Hətta paylaşımın rəy hissəsində qiymət danışıqları da aparılıb.

"Antalya Mehman"nın obyektlərinin belə "ürəkli" fəaliyyətlə məşğul olması heç də təsadüfi görünmür. İddialara görə, o, milli təhlükəsizliyi təhlükə altına atan ləğv olunmuş keşmiş nazirliklə sıx əlaqədə olub. MTN-nin hazırda həbsdəki şəbəkəsi sözügedən masaj salonlarına gedən müştəriləri şantaj edirmiş. Belə ki, obyektdəki video görüntülər qeydə alınaraq müştərilərin təhdid edildiyi, eyni zamanda imkanlı iş adamlarının da bu şəkildə soyulduğu söylənilir.

Qeyd edək ki, hüquq-mühafizə orqanları ötən il Nəsimi rayon ərazisində masaj salonu adı altında əxlaqsız yuvaları aşkarlayıb. Həmin masaj salonun admistratoru G.Murtuzova saxlanıb.

Onun həbsindən sonra məlum olub ki, Güləndamın administrator işlədiyi əxlaqsız yuvalarının fəaliyyətinə Həsənov Mehman Telman oğlu və Qəhrəmanov Baxşəli Abdulla oğlu rəhbərlik edib. Nəticədə həmin şəxslər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Hər üç şəxsə Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham verilib.

1.2206740379333