Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

 

 
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul edilib.
 
TASS xəbər verir ki, qərar Aİ-nin Brüsseldə keçirilən sammitində qəbul olunub.
 
Sanksiyalar yenidən 6 ay müddətinə uzadılıb. Köhnə sanksiyaların tarixi 2020-ci il yanvarın 31-də bitməli idi.
 
Xatırladaq ki, Krımın referndum vasitəsi ilə Rusiyaya birləşdiyindən sonra ABŞ və Avropa İttifaqı Moskvaya qarşı sanksiyalar tətbi ediblər. 
0.24876713752747