Rusiyanın yeganə aviadaşıyan gəmisində yanğın baş verdi: 1 nəfər ölüb, 12-si yaralanıb - video

 

 

Rusiyanın Murmansk şəhərində təmir edilən “Admiral Kuznetsov” aviadaşıyıcı kreyserdə yanğın baş verib.

“RİA “Novosti” xəbər verir ki, yanğln nəticəsində 1 hərbçi ölüb, 12 nəfər xəsarət alıb, 2 nəfər itkin düşüb.

Yanğın gəminin enerji qurğusunda aparılan qaynaq işləri zamanı qığılcımdan yanacaq materiallarının alışması səbəbindən başlayıb.

Hadisə yerində çoxlu sayda yanğınsöndürən işləyir, lakin alov axıra kimi söndürülməyib. İstintaq Komitəsi yanğınla bağlı cinayyət işi qaldırıb.

Hadisə Rusiyanın yeganə aviadaşıyıcısının donanmaya qayıtmasına əngəl törədə bilər. 2017-ci ildən təmir olunan “Admiral Kuznetsov”un hərbi xidmətə qayıdışı 2012-ci ildə nəzərdə tutulub.

 

0.34139895439148