Bu gecə Bakıda iki bıçaqlanma hadisəsi qeydə alınıb

Bu gecə Bakıda iki bıçaqlanma hadisəsi qeydə alınıb. 

Hadisələrdən biri Sabunçu rayonunda baş verib. 15 yaşlı yeniyetmə Bakıxanov qəsəbəsi ərazisində bıçaqlanıb.

Vahid Əhmədov adlı yeniyetmə dostları ilə mübahisə edib. Bu zaman o, üz nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona üzün və burunun kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəzər rayonunda isə 43 yaşlı kişi bıçaqla özünə xəsarət yetirib. Hadisə Buzovna qəsəbəsində baş verib.

1976-cı il təvəllüdlü Əmiraslanov Vüqar Dəmir oğlu bıçaq xəsarəti alıb. Haralı xəstəxanaya yerləşdirilib. Ona boğazın kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu
0.2544891834259