Bakıda millimizin keçmiş futbolçusunun bacısı intihar etdi

 

 

Bakıda intihar hadisəsi baş verib.  

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. 

1992-ci il təvəllüdlü Qırtımova Sevinc İlham qızı kirayə yaşadığı binadan özünü atıb. Avtomobilin üzərinə düşən qız hadisə yerində keçinib.  

İntiharın motivi hələlik məlum deyil. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, intihar edən S.Qırtımova Zaqatala rayon Aşağı Tala kənd 3 saylı orta məktəbin direktoru İlham Qırtımovun qızı, eyni zamanda futbol üzrə milli komandamızın keçmiş və “Keşlə” futbol klubunun hazırkı üzvü İlkin Qırtımovun bacısıdır. 

0.13935589790344