Bakıda qapısı bağlı qalan evdən kişi meyiti tapıldı

 

 

Bakıda evdən kişi meyiti aşkarlanıb. 

FHN-dən paralel.az-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.  

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1983-cü il təvəllüdlü Çerkazov İlya Mixayloviçin meyitini aidiyyəti üzrə təhvil veriblər. 

0.1556031703949