Astarada ev yandı, 57 yaşlı kişi yanaraq öldü

 

 

Astara rayonunda yaşayış evində yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən paralel.az-a verilən xəbərə görə, rayonun Şiyəkəran kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

0.23757600784302