Yeniyetmələri xilas edən dalğıc məhkəmədə onu təhqir edən İlon Maska uduzdu

Los-Ancelesin andlılar məhkəməsi müəyyən edib ki, İlon Maskın britaniyalı dalğıc Vernon Ansvortu “pedofil” adlandırdığı tvit böhtan hesab olunmur. Buna görə Mask cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Məhkəmə zalından çıxan Mask jurnalistlərə açıqlamasında insanlığa inamının bərpa olduğunu bəyan edib.

Ansvort 2018-cil ilin sentyabrında Maska qarşı məhkəmə iddiası qaldırıb. İlk növbədə o, “Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısından dəyən mənəvi ziyana görə 75 min dollar məbləğində kompensasiya tələb edib. Bundan başqa, o, Maskdan sosial şəbəkələrdə əleyhinə heç bir fikir paylaşmamağı şərt kimi irəli sürüb.

Lakin məhkəmə iclası başladıqdan sonra dalğıcın vəkili Maskın 190 milyon dollar ödəməli olduğunu bildirib.

Qeyd edək ki, Vern Ansvort 2018-c ildə Tailandda yeniyetmələri mağaradan xilas etmə əməliyyatında iştirak edib. Əməliyyat iki həftəyə qədər davam edib və böyük səs-küyə səbəb olub. Mask o zaman özünün layihəsi olan mini-submarindən istifadəni təklif etsə də, Ansvort bu təklifi ictimai şəkildə tənqid etmişdi. Bundan sonra İlon Mask onu “pedofil” adlandırmışdı. Baxmayaraq ki, daha sonra Mask elə tvit vasitəsilə də dalğıcdan üzr istəmişdi.

0.24321103096008