Məşhurların əsl adı – onları siz də bilin

Ad elə bir məhfumdur ki, insanları biri-birindən fərqləndirir. Bəziləri öz adı ilə, bəziləri də seçdiyi ləqəblə məşhurluq qazanır. Əsas odur ki, adın olsun.  

Məşhurluğa gedən yollardan biri də uğurlu ad seçimidir. Elə məşhurlar var ki, əsl adı ilə yox, seçdiyi adla daha çox tanınır. Bəs siz məşhurların əsl adını bilirsinizmi? 

Modern.az azərbaycanlı məşhurların əsl ad və soyadını təqdim edir. 

Müğənni Damla - Məsumə Məmmədova 

SSRİ Xalq artisti Bülbül - Murtuza Məmmədov 

Xalq artisti Röya Ayxan - Röyalə Nəcəfova 

Müğənni Nura Suri - Aynurə Qəzənfər qızı 

Xalq artisti Azərin - Anaxanım Tağıyeva 

Müğənni Niyam Salami - Niyaməddin Salami 

Radioaparıcı Çiçək - Şəhla Vakkas 

Müğənni Əlikram Bayramov - Əlikərəm Urşan oğlu 

Xalq artisti Mirzə Babayev - Mirzəağa Babayev 

Aparıcı Nanə Ağamalıyeva - Nənəxanım Ağamalıyeva 

Müğənni Xatun - Nərgiz Əliyeva 

Reper Qurd - Fərid Eminov 

Reper, yazıçı Qaraqan - Elxan Zeynallı 

Prodüser Tolik - Tarix Əliyev 

Müğənni, cazmen Cavan Zeynallı - Cavanşir Zeynallı 

İş qadını Ruhi – Ruhiyyə Əliyeva 

0.34206199645996