Aygün Bəylər: "Atam evə buraxmadığı üçün 15 yaşından tək yaşayıram" - VİDEO

 

 

Atam oxumağımı istəmədiyi üçün evə gedə bilmirdim.

paralel.az xəbər verir ki, Əməkdar artist Aygün Bəylər bu barədə “Şou ATV” proqramında deyib.

“15 yaşından tək yaşayıram. Qorxudan evdən qaçmışdım, çünki toyda oxuduğum üçün atam məni öldürəcəkdi. Evə qoymurdu. Bir müddət rəqqasə dostum Elnarəgildə qaldım. Daha sonra isə 16 yaşında özüm üçün tək ev tutdum. Qızım dünyaya gələnə kimi tək yaşamışam. Onun gəlişindən sonra tamam başqa Aygün olmuşam.

Həyatımdakı çox insandan nigaran olsam da, yalnız özümdən nigaran deyiləm. Mən kimə lazımam axı? Sənətimə görə çox xoşbəxtəm, amma həyatda çətinliklər görmüşəm. Qızımın dünyaya gəlişindən sonra başqa biri oldum. Ağıllandığımı deyə bilərəm. Qızım mənim üçün hər şeydir. Bunu özünə də demişəm”, - deyə Əməkdar artist bildirib.

Aygün Bəylər ona əziyyət edən, evə buraxmayan atasının ondan ölüm ayağında halallıq istədiyini qeyd edib:

“Anam da mənim kimi çox əziyyət çəkdi. Atam 2003-cü ildə dünyasını dəyişib. Həmin vaxt fəxri ada layiq görüldüm. O zaman atam çox sevinmişdi. Ölüm ayağında olduğu zaman dedi ki, “mən səni düz tanımamışam. Mənə halallıq ver. Sən mənim oğlum imişsən”. Çətinliklər versə də, ona halallıq verdim. Bəlkə də, bu çətinlikləri keçməsəydim, indiki səviyyəyə çatmazdım”.

Sevinc Yasinqızı

0.31671285629272