Mikayıl Cabbarov BTQ-nin perspektivi barədə: “Yükgötürmə qabiliyyəti 15 milyon tondan çox olacaq”

 

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin prinsipial mövqeyi nəticəsində reallaşdırılan, “Dəmir ipək yolu” adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi xüsusi olaraq vurğulanmalıdır.

paralel.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında deyib.

O bildirib ki, bu layihə Trans-Avropa-Asiya dəmir yolları şəbəkələrini birləşdirməklə, onlarla xalq və ölkə arasında körpü rolunu oynamaqdadır.

M.Cabbarov əlavə edib ki, bunun bariz göstəricisi kimi, 2019-cu ilin noyabrında tarixdə ilk dəfə olaraq Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Çinin Sian şəhərindən Türkiyə Respublikasına ilk konteyner qatarının hərəkət etməsini göstərmək olar.

İqtisadiyyat naziri BTQ dəmir yolu ilə bağlı perspektivdən də danışıb:

“Hazırda bu dəmir yolu altı milyon ton yük və bir milyon sərnişin daşımaq gücünə malikdir. Növbəti mərhələdə bu şəbəkənin yükgötürmə qabiliyyəti 15 milyon tondan çox olacaq”.

Aqşin Kərimov

0.2737410068512