Türkiyəli fotomüxbir Fransada keçirilən nümayişlərdə yaralandı

 

 

Parisdə polislə nümayişçilər arasında baş verən toqquşmalarda Türkiyənin “Anadolu” agentliyinin fotomüxbiri Mustafa Yalçın xəsarət alıb. 

paralel.az xəbər verir ki, məlumatı jurnalistin əməkdaşı olduğu sayt yayımlayıb. 

Məlumatda qeyd olunur ki, polisin nümayişçilərə qarşı istifadə etdiyi qaz kapsulu jurnalistin üzünü qoruyan maskadan keçərək gözünə nüfuz edib. Zərərli maddənin təsirindən Mustafa Yalçının gözündə qanaxma başlayıb.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları jurnalisti xəstəxanaya çatdırıblar. Fotomüxbir müalicəsini tibb mərkəzində davam etdirir. 

Qeyd edək ki, hökumətin apardığı pensiya islahatı Fransada kütləvi aksiyalara səbəb olub. Nümayişləri təşkil edən Fransa Həmkarlar İttifaqının üzvləridir.

0.28112721443176