DİM sədri: “Magistratura qəbulun bir mərhələli olması ilə bağlı müzakirələr aparılır"

"Təhsil Nazirliyinin təşəbbüsü ilə magistraturaya qəbulla əlaqədar təhlillər aparılıb. Gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün magistraturaya qəbul prosedurlarının bir mərhələli keçirilməsi ilə bağlı müzakirələri aparırılır".

Paralel.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, hələ ki, Nazirlər Kabineti və müvafiq qurumlar tərəfindən qaydalar təsdiqlənməyib: "Biz müzakirələr aparıb öz təkliflərimizi vermişik. Magistraturaya qəbul imtahanlarının keçirilməsi 2005-ci ildə bizə həvalə ediləndən onun bir mərhələli keçirilməsini təklif etmişdik. Lakin həmin dövrdə universitetlər ikinci mərhələnin lazım olduğunu demişdilər və ixtisaslar üzrə biliklərin yoxlanılmasını zəruri hesab etmişdilər. Artıq yeni təklif Təhsil Nazirliyi tərəfindən universitetlərlə müzakirə edib. Universitetlər də birinci mərhələdə olan nəticələr əsasında magistrləri qəbul etməyə razıdır".

M.Abbaszadə qeyd edib ki, məyyən ixtisaslar var ki, orada ikinci mərhələ qalacaq: "Bunlar yazı işi tələb olunan ixtisaslara bağlıdır. Daha dəqiqi texniki məlumatları yalnız qaydalar tam təsdiq olunandan sonra açıqlamaq mümkündür. Hər halda bütün bunlar magistr olmaq istəyən gənclərin xeyrinədir. Çünki imtahanlar asanlaşır. Ona görə də onlar üçün heç bir gözlənilməz sürpriz olmayacaq. Əgər yəni qaydalar təsdiq olunarsa, dəyişiklik 2020- ci ildən tətbiq olunacaq. Çünki magistraturaya sənəd qəbulu fevral və mart ayından başlanılır". Məleykə Abbaszadə əlavə edib ki, birinci mərhələdə imtahanı üçün nəzərdə tutulan ödəniş məbləğini təhlil edib aidiyyəti qurumlara təqdim edəcəyik: "Yalnız onların qərarı əsasında hansısa dəyişiklik ola bilər. Hələlik tərəfimizdən belə bir təklif olmayıb".

"İnsan kapitalının səmərəli istifadə olunması, əməkdaşların potensialının üzə çıxarılması, dövlət orqanlarında vakant vəzifələrin tutulması, eləcə də dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafı dövlət qulluğunda islahatların aparılması prosesində mövcud olan aktual məsələlərdir".

DİM sədri bildirib ki, dövlət idarəetmə sistemində aparılan struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir.

M.Abbaszadə qeyd edib ki, müasir dövrdə bacarıq və kvalifikasiya anlayışları kompetensiyaların (səriştələrin) qiymətləndirilməsi konsepsiyası ilə əvəzlənir: "Kompetensiya əsasında qiymətləndirmənin tətbiqi dövlət qulluğunda seçimi və qiymətləndirməni daha da gücləndirir, nəticə etibarilə idarəetmənin şəffaflığını və səmərəliyini təmin edir".

O vurğulayıb ki, bu il intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edilib, hazırda bu istiqamətdə çox ciddi hazırlıq işləri aparılır.

"Eyni zamanda, özəl sektor tərəfindən kompetensiyalar modelinin inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin də vacibliyini qeyd etmək istəyirəm. Belə təcrübənin öyrənilməsi və sonra müvafiq modellərin tətbiqi dövlət qulluğuna namizədlərin seçimini daha da çevik və səmərəli edəcək.

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində müxtəlif tədbirlərin həyata keçirilməsi mövcud problemləri, çağırışları, dövlət qulluğu sahəsində region ölkələrinin müsbət təcrübəsini öyrənməyə, eləcə də kompetensiya modelinin Azərbaycanda uğurlu tətbiqi üçün mümkün həll yollarının birgə müzakirəsinə imkan yaradır",- Məleykə Abbaszadə əlavə edib.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə magistraturaya qəbul imtahanlarının II mərhələsinin ləğvi təklifinə münasibət bildirib.

M.Abbaszadə jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin təşəbbüsü əsasında magistraturaya qəbulla əlaqədar təhlillərin aparıldığını və gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün prosedurların bir mərhələli keçirilməsinin müzakirə olduğunu deyib.

O bildirib ki, təkliflər aidiyyəti qurumlara göndərilib: "Hələlik qaydalar Nazirlər Kabineti və müvafiq qurumlar tərəfindən təsdiqlənməyib. Müəyyən ixtisaslar var ki, orada ikinci mərhələ qalacaq. Bu, yazı işi tələb olunan ixtisaslara aiddir. Daha dəqiq məlumatları yalnız qaydalar tam təsdiq olunandan sonra açıqlamaq mümkündür".

DİM sədri qeyd edib ki, hər il keçirilən imtahanların nəticələri aidiyyəti qurumlarla müzakirə edilir: "Əgər dəyişiklik lazım olursa, onu tətbiq edirik. Təbii ki, qaydalara dəyişiklər vəziyyəti mütəkkəbləşdirirsə, onda bu dəyişiklər heç olmasa 2 il əvvəl elan olunmalıdır. O halda ki, bu dəyişiklər qəbul prosedurunu daha da asanlaşdırırsa, o zaman dəyişiklərin elə imtahan prosesi başlamışdan əvvəl elan etmək olar".

"Hər halda yeni təklif magistr olmaq istəyən gənclərin xeyrinədir. Çünki imtahanlar asanlaşacaq. Ona görə də onlar üçün heç bir gözlənilməz sürpriz olmayacaq. Əgər yeni qaydalar təsdiq olunarsa, dəyişiklik 2020- ci ildən tətbiq olunacaq. Çünki magistraturaya sənəd qəbulu fevral və mart ayından başlanılır. Birinci mərhələdə imtahan üçün nəzərdə tutulan ödəniş məbləğini təhlil edib Tarif Şurasına təqdim edəcəyik. Yalnız onların qərarı əsasında hansısa dəyişiklik ola bilər. Hələlik belə bir təklif tərəfimizdən olmayıb"- sədr əlavə edib.

O xatırladıb ki, magistraturaya qəbul imtahanlarının keçirilməsi 2005-ci ildə TQDK-ya həvalə ediləndən onun bir mərhələli keçirilməsi təklif edilmişdi: "Lakin həmin dövrdə universitetlər ikinci mərhələnin lazım olduğunu demişdilər və ixtisaslar üzrə biliklərin yoxlanılmasını zəruri hesab etmişdilər. Yeni təklifləri Təhsil Nazirliyi universitetlərlə müzakirə edib. Universitetlər razıdır ki, birinci mərhələdə olan nəticələr əsasında onlar magistrları qəbul edə bilərlər".

"Doktoranturaya qəbul imtahanında ingilis dilindən imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi ilə bağlı qaydalar hazırda müzakirə olunur".

Onun sözlərinə görə, namizədlər üçün ingilis dilindən olan standart imtahanlar hazırlanır: "Birinci mərhələdə yazı işləri və dinləmə, anlama səriştələri yoxlanılacaq. Gələcəkdə danışmaq səriştəsi də yoxlanılacaq. Yəqin ki, yanvar ayında ilk imtahanları keçirəcəyik. Bu imtahanlar təbii ki, ödənişli olacaq".

M.Abbaszadə qeyd edib ki, qaydalar təsdiq olunduqdan sonra bununla bağlı müvafiq proqram və texniki tapşırıqlar dərc olunacaq.

0.14162492752075