Bayram Səfərov Mirzələr qış yatağını necə abadlaşdıracaq?

Düşmən tapdağ altında olan Şuşada sosial şəbəkələrdə yayılan son görüntülərə görə ermənilər abadlıq işləri aparıblar. Bir müddət öncə Şuşada yerləşən Gövhərağa məscidinin təmiri edilməsi ilə bağlı da məlumatlar yayılmışd. Sosial şəbəkələrdə yayılan son foto görüntülərə görə düşmənlərimiz tərəfindən şəhərin yollarında da təmir işləri aparılıb.

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə Şuşa rayon İcra Hakimiyyəti də Ağdam rayonu ərazisində yerləşən,şuşalıların sıx məskunlaşdığı Mirzələr qış yatağında təmir işlərinə başlamaq istəyir. 03.12 2019- cu ildə Şuşa rayon İcra Hakimiyyəti Ağdam rayonu ərazisində yerləşən Şuşa rayonunun Mirzələr qış yatağında və Şuşa rayonundan olan məcburi köçkünlərin sıx məskunlaşdığı müvafiq ərazidə digər zəruri tədbirlərin həyata keçirilməsi, Ağdam rayonu ərazisində yerləşən Şuşa rayonunun Mirzələr qış yataqlarının təmir və abadlıq işləri, Ağdam rayonu ərazisində yerləşən Şuşa rayonunun Mirzələr qış yataqlarında ara yollarının carı təmiri üzrə tender keçirib. Tenderdə kimlərin iştirak etdiyi məlum olmasa da,qalib artıq müəyyən olunub. İcra Hakimiyyəti göstərilən işlərin həyata keçirilməsində üstünlüyü “KİRS” firmasına verib. Tenderin qalibi olmuş “KİRS” firmasına keçməzdən əvvəl qeyd etmək istərdik ki, qış yataqlarında təmir və abadllıq işlərinin aparılması mücərrəd bir şeydir. Gözdən, könüldən uzaq çöllərdə, yerləşən bu ərazilərdə demək olar ki,yaşayış yox dərəcəsindədir. Amma bu kimi yerlərə dövlət tərəfindən demək olar ki hər il yüz minlərlə pullar ayrılır. Ancaq gedib yerində araşdırmalı olsaq burada təmirdən əsər,əlamət belə görə bilmərik.

Şuşa rayon İcra Hakimiyyətinin rayon sakinlərini sıx məskunlaşdığı Mirzələr qış yataqlarında zəruri tədbirlərin görülməsinə 99992.87 AZN,, yataqların təmir və abadləıq işlərinənə 99596.68 AZN, Mirzələr qış yataqlarında ara yolların cari təmirinə, 99979.44 AZN vəsait xərcləməyi nəzərdə tutur. Əhalisinin demək olar ki,böyük əksəriyyətinin Bakı, Sumqayıt və Abşeron rayonunda məskunlaşdığı bir məcburi köçkün rayonunun Mirzələr kəndində nə qədər əhalisi olduğu barədə heç bir məlumat əldə edə bilmədik Bəs heç bir məlumat olmayan ərazidə  İcra Hakimiyyəti bu işləri necə görəcək?

Qeyd edək ki, “KİRS” firması 1998 ci ilədə  Mingəçevir şəhərində 11 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb. Reystrdən son çıxarışı 2017-ci ildə olan firmanın nizamnamə kapitalı 200 manat, hüquqi ünvanı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 7A göstərilib. Qanuni təmsilçisi Məmmədov Kərim Dostəli oglu olan firmanın fəaliyyət sferası barədə heç bir məlumat yoxdur. Şuşa rayon İcra Hakimiyyəti barəsində heç yerdə məlumat olmayan bir firmanın ümumilikdə 299 498.99 manatlıq üç tenderin qalib elan olunmasına necə yol verib? “KİRS” firması kimə məxsusdur? Firma ilə rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovu nə kimi işbirliyi bağlayır? 

Qeyd edək ki, Bayram Səfərov 2009-cu il fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2009-cu il iyunun 5-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri seçilib. İkinci vəzifədən Bayram Səfərov ötən ilin dekabrında kənarlaşdırılsa da Şuşa rayon İcra Hakimiyyətinin saytında bu vəzifəni hələ də daşıyır Artıq on ildir ki, Şuşa rayon İcra Hakimiyyətinin başçısı kimi Bayram Səfərovun bu rayonun ayrı-ayrı yerlərə səpələnmiş sakinlərinin sosial problemlərinin həlli istiqamətində nə kimi işlər görməsi barədə şərh verməyə zənnimizcə ehtiyac qalmır. Amma onun digər işləri barədə çox yazılıb. Bir müddət öncə dövrü mətbuatda və sosial şəbəkələrdə Bayram Səfərovla bağlı yayılan məlumatlar çox keçmədi unuduldu. İcra başçısının Nərimanov metrostansiyası yaxınlığındakı ticarət obyektlərinin satması ilə bağlı yayılan məlumatlarada  Bayram Səfərovun maddi probler yaşadığı və elə bu səbəbdən bir neçə obyektini satmağa məcbur olduğu bildirilirdi. İcra başçısının maddi durumunun aşağı düşməsinə səbəb isə Beynəlxalq Banka olan külli miqdarda kredit borclarının olması göstərilirdi.

 

Aktualinfo.org

0.20683193206787