Bərdədə ağır qəza: Çox sayda yaralı var - FOTO

 

 

Bərdə rayonunda baş verən yol qəzasında sürücülər və bir neçə sərnişin xəsarət alıb. 

paralel.az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb. 

Qəza zamanı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü olmaqla 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  

Bunlar Bərdə rayon sakinləri Ramazanov Sərxan Əlikram oğlu, Qurbanov Elnur Dəmir oğlu, Suleymanova Tahirə Məhiyyəddin qızı, Məmmədov Elman Əjdər oğlu, İsmaylova Zəminə Səməd qızı, İsmaylov Xankişi Elçin oğludur. 

Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 

 

0.16073608398438