Kyevin mərkəzi işıqsız qaldı – Podstansiyada qəza baş verdi

 

 

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində elektrik enerjisi kəsilib. 

“Strana.UA” xəbər verir ki, elektrik podstansiyasında baş verən qəza nəticəsində işıqforlar sıradan çıxıb, avtomobillərin hərəkəti çətinləşdirilib.

Qəzanın aradan qaldırılması ilə bağlı təxirəsalınmaz işlərin getdiyi açıqlanıb. Təmir işlərinin bütün gecə davam edəcəyi ehtimal olunur. 

Hazırda istehlakçılar müvəqqəti olaraq ehtiyat enerji mənbələrinə qoşulur.

1.1467530727386