Bakıda 2 avtomobil toqquşub, sürücü xəsarət alıb

Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

paralel.az bildirir ki, qəza Qaraçuxur qəsəbəsində qeydə alınıb. Minik avtomobili idarəetməni itirərək yol kənarında dayanan, 1978-ci il təvəllüdlü Səfərov Elmar Abuzər oğluna məxsus nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə E.Səfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona sol dirsək sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayonu Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

0.44885993003845