Ağdamda minik avtomobili aşıb, iki nəfər xəsarət alıb

Ağdam rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

paralel.az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, “VAZ 2107” markalı avtomobil idarəetməni itirərək aşıb.

Nəticədə avtomobildə olan sərnişinlər - Səbinə Abdullazadə və Aygün Sadıqova xəsarətlər alıblar.

Yaralılar rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

0.28332805633545