Fransanın ən nüfuzlu gözəllik mükafatını qazanan məhsul artıq Azərbaycanda - FOTO

 

 

Noyabrın 20-da Bakıda Fransanın ən nüfuzlu gözəllik mükafatını qazanan məhsulnun təqdimat mərasimi keçirilib. 

Mərasimdə Türkiyənin məşhur diyetoloqu Ender Saraç və  müxtəlif sahələri əhatə edən şəxslər iştirak edib. 

Diyetoloq bildirib ki, illər keçdikcə insanlar yaşlanmanı gecikdirmək və xarici görünüş üzərindəki təsirlərini azaltmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər:

“Amma bu vasitələr bəzən ya kifayət qədər effektiv olmur, ya da yan təsirləri olmaqla sağlamlığa ziyan vurur. Lakin artıq bu barədə narahat olmağa dəyməz. Çünki yaxın vaxtlarda Azərbaycanda satışa çıxarılan Kollagen Lift Paris məhsulları tərkibindəki kollagen sayəsində tam təbii və effektiv şəkildə yaşlanmanı gecikdirir və xarici görünüş üzərindəki təsirlərini azaldır. 
Hər gün bir dəfə, səhər yeməyindən əvvəl 1 ampul Kollageni bir stəkan su və ya meyvə şirəsi ilə qarışdıraraq qəbul etmək lazımdır.

Bununla da bütün bədəndə kollagen miqdarını, dərinin elastiklik və nəmliyini artırmaq, qırışları 50%-ə qədər azaltmaq, daha möhkəm saçlara, daha möhkəm və parlaq dırnaqlara sahib olmaq mümkündür.

Kollagen Lift Parisin tərkibi Fransanın cənubunda əldə edilən Ulva lactuca Ulvaline® yosunu və C vitamini ilə zənginləşdirilib. Ulva lactuca Ulvaline® yosunu kollagenin sintezini stimullaşdırmaqla yanaşı, dərini vacib amin turşuları, antioksidantlar və minerallarla təmin edir. 

Həmçinin, bu yosunlar ultrabənövşəyi qoruyucu karotinoid piqmentlər, xlorofillər və ksantofillərlə zəngindir. Ulva lactuca Ulvaline®-nin istifadəsi dərinin həddindən artıq quru və həssas olmasının əlamətlərini aradan qaldırır”.

Bəs nədir kollagen və nəyə gərəkdir? 

Kollagen orqanizmdə ən çox rast gəlinən, dərinin elastikliyini və hamarlığını təmin edən ən vacib struktur elementlərindən biridir. Yaşlandıqca kollagen hasilatı azalır və dəridə sallanmalara, elastikliyin itməsinə və qırışların artmasına səbəb olur.

Xüsusilə qadınlarda 30 yaşından sonra kollagen hasilatı azalmağa başlayır və bunun nəticəsində burun-dodaq büküşləri, mimik qırışlar və oynaqlarla bağlı problemlər yaranır. Ümumi kollagen miqdarının artırılması yaşlanma əleyhinə effektli bir yanaşmadır.

Bədəndəki kollagen miqdarını isə Kollagen Lift Paris və Kollagen Lift Paris Red Carpet məhsullarını maye şəklində qəbul etməklə artırmaq mümkündür. Kollagen Lift Paris məhsulları tərkibindəki Verisol® Bioactive kollageni sayəsində dərinin nəmliyini və elastikliyini artırır, qırışları 50%-ə qədər azaldır. 

Eyni zamanda, Kollagen Lift Paris məhsullarının tərkibində dəridəki kollagenin sintezində iştirak edən C vitamini vardır ki, onun çatışmazlığı birləşdirici toxumanın boşalmasına səbəb olur. O, həm də hüceyrələri sərbəst radikallardan təmizləyən güclü antioksidantdır.

Kollagen məhsullarının digər bir növü olan Kollagen Lift Paris Red Carpet (Kollagen Lift Paris Qırmızı Xalı) məhsulunun tərkibində isə Verisol® Bioactive kollageni, Ulva lactuca Ulvaline® yosunu və C vitaminindən əlavə Hialuron turşusu da vardır. Hialuron turşusu dəridəki hüceyrələr arasında olan boş məsafələri dolduran və amortizator funksiyasına malik geləbənzər molekuldur. 

O, kollagen hissəciklərini birləşdirir və beləliklə, dərinin hamar, elastik və nəm olmasını təmin edir. Eyni zamanda mübadilə proseslərində, dərinin bərpası, sərbəst radikallardan və ultrabənövşəyi şüalardan qorunmasında vacib rol oynayır. 30-a yaxın ölkədə satılan və dünyanın ən populyar məhsulları arasında ən başda duran “RED CARPET” dəriyə göstərdiyi təsirlə yanaşı dırnaqları möhkəmləndirir və selülitin azalmasına kömək edir.

Qeyd edək ki, Kollagen Lift Paris məhsulları Fransada istehsal olunur və effektivliyi aparılan kliniki tədqiqatlar nəticəsində sübut olunmuşdur. Hətta təsadüfi deyil ki, gözəllik və sağlamlığa verdiyi faydalarına və keyfiyyətinə görə Kollagen Lift Paris Red Carpet bu il Fransanın ən nüfuzlu gözəllik mükafatı olan “Victoire de la Beauté”yə layiq görülüb.

Gözəllik və sağlamlıq üçün Fransanın aparıcı içilən kollagen markası olan Kollagen Lift Paris hazırda bazara çıxardığı 4 məhsula (orijinal qara qutu, Red Carpet, Vitality, Detox) əlavə olaraq, 2020-ci ildə xüsusi bir məhsul təqdim etməyə hazırlaşır. 

Kollagen Lift Paris prepartlarının eksklüziv satış hüququ Asfarma şirkətinə məxsusdur.

 

0.25738906860352