Dörd gün timsahların əhatəsində olan kişi sağ qaldı - FOTO

 

 

Avstraliya sakini dörd gün kimsəsiz adada qalıb.

44 yaşlı Jerri Devid gecə avtomobili ilə Kovanyamadan Pormperao şəhərinə gedib.

Evdən 100 kilometr uzaqlaşandan sonra avtomobili inəyə çırpılıb və xarab olub.

“Daily Mail”in məlumatına görə, əynində yalnız şort olan Devid, gündüzlər hərarətin müsbət 40 dərəcə olduğu York ərazisində qalıb.

O, ərzağı və içməli suyu olmadığından sağ qalmaq üçün timsahların yaşadığı ərazidən su içməli olub.

Ailəsi yalnız bir gün sonra onun itkin düşdüyü barədə polisə xəbər verib.

Polislər Devidi hadisə baş verəndən dörd gün sonra, maşını xarab olan yerdən 30 kilometr kənarda tapıblar.

Onların dediyinə görə, Devid yerli təbiətə bələd olduğu və timsahlardan qoruna bildiyi üçün sağ qala bilib.

Həkim müayinəsindən sonra, Devidin sağlamlığında problem olmadığı bildirilib.

 

0.16831016540527