Lənkəranda maşın piyadanı vurub öldürdü, sürücü hadisə yerindən qaçdı

Lənkəranda avtomobilin vurması nəticəsində ağır yaralanan orta yaşlı qadın həyatını itirib.

paralel.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, bədbəxt hadisə Liman şəhərində qeydə alınıb. Şəhər sakini, Balaqız Abdulhüseyn qızı Quliyeva evinə gedərkən “VAZ 2107” markalı avtomobil onu vurub.

Piyadanı ağır yaralayan sürücü hadisə yerindən qaçıb. Hadisə zamanı yaxınlıqda olanlar yaralını xəstəxanaya apararkən qadın yolda keçinib.

44-BN-751 dövlət nömrə nişanlı avtomobil və sürücüsü artıq yol-patrul xidməti əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

0.45069003105164