Qurban kəsdiyi üçün barəsində cinayət işi açılan azərbaycanlı Rusiyadan deportasiya olundu

 

 

Qoyun başı kəsdiyi üçün barəsində cinayət işi açılan azərbaycanlı Lütfulla Rzayev Rusiyadan deportasiya edilib.

paralel.az-ın verdiyi xəbərə görə, Sank-Peterburq polisi onun hərəkətində qəddarlıq əlaməti olmadığını bildirib.

Buna baxmayaraq, o deportasiya edilib və 2022-ci ilin 19 noyabrına qədər, üç il müddətində Rusiyaya gələ bilməyəcək.

Xatırladaq ki, azərbaycanlıya oğluna toy edəndən sonra yaşayış binasının həyətində qurban kəsdiyi iddiası ilə cinayət işi açılmışdı. 

Günel Hacı

0.13274693489075