Bakı Şəhər İcra Hakimiyyəti ilə teatrın məhkəməsi təxirə düşdü

 

 

Noyabrın 20-si 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ADO teatrının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı məhkəmə iddiasının hazırlıq iclası təxirə salınıb.

paralel.az ADO ( Azərbaycan Dağınıq Oda teatrı) rəsmi səhifəsinə istinadən xəbər verir ki, prosesin təxirə salınmasına səbəb hakim Tahirə Əsədovanın və BŞİH nümayəndəsi prosesə qatılmaması olub.

Hakimin köməkçisi T.Əsədovanın hansısa konfransa çağırıldığını bildirib. Bu səbəbdən köməkçi prosesi 5 dekabr, saat 15:30-a təyin edib.

Qeyd edək ki, ilk müstəqil teatr olan ADO ( Azərbaycan Dağınıq Oda teatrı) 2 ildən çoxdur ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətlər edir. Lakin hər iki qurum bunun onların səlahiyyətinə aid olmadığını vurğulayır, nazirlik bu məsələyə meriyanın, meriya isə bu məsələyə nazirliyin baxdığını bildirir.

Teatr bununla bağlı Mədəniyyət Nazirliyini də məhkəməyə verib. Hazırda teatrın hər iki qruma qarşı qaldırdığı məhkəmə prosesləri 1 Saylı Bakı İnzibati - İqtisadi Məhkəməsində keçirilir.

Könül Cəfərli 

0.53121900558472