Motosikletlə avtomobil toqquşdu: yaralı var

 

 

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.  

paralel.az xəbər verir ki, qəza Binə qəsəbəsində, 326 saylı məktəbin yaxınlığında qeydə alınıb.  

Minik avtomobilinin motosikletlə toqquşması nəticəsində motosikletin sürücüsü, 2000-ci il təvəllüdlü Nuriyev Taleh Asif oğlu xəsarət alıb.  

Yaralı xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu 

0.18453788757324