Kənd Təsərrüfatı Nazirliyi 12.7 milyonluq tenderi “Fasad-F” MMC şirkətinə verdi

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Göygöl rayonunda heyvandarlıq kompleksinin tikintisi  üçün 12 milyon 750 min 533, 22 manatlıq müqavilə imzalayıb. 

“Yeni Sabah.az” müqavilə “Fasad-F” MMC ilə bağlanıb. Vergilər Nazirliyinin reyester məlumatlarına görə,  “Fasad-F” MMC 7 oktyabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Fəxri Aydın oğludur. “Fasad-F” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev 3 mk, ev 16, mənzil 57-dir.

Açıq mənbələrdə şirkətin qanuni təmsilçisi barədə heç bir məlumata rast gəlinmir. Maraqlıdır ki, 3 ildir yaranan şirkət KTN-in iri layihələrində iştirak edir. Bu ilin oktyabr ayında KTN aqrar yönümlü peşə təhsili məktəbinin tikintisi ilə bağlı “Fasad-F” MMC-lə müqavilə bağlayıb. Müaavilənin məbləği 5 milyon 771 min 621 manat olub.

0.14696383476257