Xanım icra başçısı ilə bağlı Prezidentə müraciət

“2014-cü ildən Abşeron rayonu Mehdiabad qəsəbəsi, Qarant y/m-də məskunlaşmışam. Qaçqınkomun balansında olan həmin ərazidə 2019-cü ildə Qaçqınkomla mənim aramda bağlanmış 5 illik müqavilə əsasında 50 km2 ərazidə "Uşaq əyləncə mərkəzi" mənim istifadəmdədir. Abşeron RİHB-nin balansında olmayan həmin əraziyə İradə Gülmmədova yaxın adamının adına saxta sərəncam verərək mənim hüquqlarımı pozubdur”. 

Bu barədə Cəbrail rayonundan olan məcburi köçkün Məhəmmədəli Məmmədov “Yeni Sabah.az”a müraciətində qetd edib.

O, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülmmədova ilə bağlı şikayətini dilə gətirib və Prezident İlham Əliyevdən kömək istəyib:

“Birinci instansiya mənim xeyrimə Qətnamə qəbul etməsinə baxmayaraq, İcar başçısı İradə xanım Prezidentin apardığı islahatlarin əksinə çıxaraq Apellasiya Məhkəməsinin hakimi Ş. Abbasova və Ali Məhkəmənin Hakimi İ.Dəmirova təzyiq göstərərək verdiyi 255 saylı saxta sərəncamın qüvvədə saxlanmasına nail olub.

Məqsədim Sizin sayt vasitəsilə bu haqsızlıqlar barədə Cənab Prezideni məlumatlandırmaq, bu məmurlar barəsində tədbir görmək üçün aidiyyatı qurumların rəhbərlərin, ədiliyyə naziri Fikrət Məmmədovu və Prezidentin ərazilər üzrə köməkçisini məlumatlandırmaqdır”.

Abşeron rayon İcra Hakimiyyəti rayon sakini Məhəmmədəli Məmmədovun icra başçısı ilə bağlı ölkə prezidentinə etdiyi müraciətdə səsləndirdiyi ittihamlara cavab verib. 

İH-dən daxil olan açıqlamada bildirilir ki, Mehdiabad bələdiyyəsi ərazisində yerləşən “Qarant Serviz” yaşayış kompleksinin yerləşdiyi torpaq sahəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə aid deyil. Bu faktı QMKİDK öz arayışı ilə  də təsdiq edib. 

“Qeyd edək ki, vətəndaş Əfsanə İmranova Oruc qızı 1-ci qrup Qarabağ müharibəsi əlili İmranova Ramil İmran oğlunun həyat yoldaşı olmaqla onun adından aidiyyatı dövlət orqanlarına etdiyi müraciətdən sonra istifadəsində olan torpaq sahəsində sahibkarlıq məqsədi ilə tikinti-quraşdırma işləri aparıb. 

Məmmədov Məhəmmədəli Mustafa oğlu Abşeron Rayon İcra Hakimiyyətinin heç bir hüquqi sənədi olmadan həmin ərazidə istismara yararlı olmayan avadanlıqlarla sahibkarlıq məqsədi ilə uşaq-əyləncə guşəsi yaradıb. Bundan sonra sözügedən iki vətəndaş arasında mübahisə yaranıb.

İmranova Əfsanə Oruc qızı iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən Abşeron rayon İcra Hakimiyyətinin Başçısının 29.12.2017-ci il tarixli sərəncamı ilə onun istifadəsinə verilmiş 0.0080 ha torpaq sahəsində cavabdehlər “Qarant Servis” MTK və Məmmədov Məhəmmədəli Mustafa oğlu tərəfindən yerləşdirilmiş dəmir qarajın cavabdehin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Sumqayıt Apelyasiya Məhkəməsinin 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Əfsanə İmranova Oruc qızının iddia tələbi təmin edib. 

Odur ki, vətəndaşın iddiasının hüquqi əsasının olmadığını diqqətinizə  çatdırırıq”. 

0.39544701576233