Balakəndə yanğın baş verib

Balakən rayonunda yanğın hadisəsi baş verib. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,  Qullar kəndində ümumi sahəsi 250 m² olan birmərtəbəli 6 otaqlı evin tavanı 65 m² sahədə, bitişik, ümumi sahəsi 50 m² olan talvarın tavanı və altına yığılan 2,5 ton xurmanın 1 tonu yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.49344706535339