Bakıda iki minik avtomobili toqquşdu, 4 nəfər xəsarət aldı

 

 

Heydər Əliyev prospektində iki minik avtomobili toqquşub. Bu barədə məlumat təcili yardıma saat 18:34-də daxil olub. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası, qapalı kəllə beyin travması, 22 yaşlı qadın qarnın küt travması, daxili qanaxma ehtimalı, 27 yaşlı qız müştərək travma diaqnozu ilə KTM-ə aparılıblar. 

Qəza nəticəsində yüngül xəsarət alan 32 yaşlı qıza yerində yardım göstərilib. O, hospitalizasiyadan imtina edib.

0.32673096656799