Pambıq Zavodunun işçiləri Bərdədə aksiya keçirdi, nazir müavini tıxacda qaldı - FOTOLAR

Bu gün Bərdədə yolunda aksiya keçirilib. Aksiya etirazçıları Pambıq Zavodunun işçiləridir.  “Yeni Sabah.az”a daxil olan məlumata görə, aksiyanın səbəbi aylardır ödənilməyən maaşlardır. 

Etiraz Bərdə rayon icra baçşısı Vidadi İsayev və Pambıq Zavodunun rəhbərliyinə qarşı yönəlib və onlara olan münasibəti əks etdirir. Aksiya ilə əlaqədar Bərdə-Ağdam yolunda azı 500 metrlik tıxac yaranıb. Ön hissəyə keçmək mümkün olmadığı üçün fotolar yalnız arxa hissədən çəkilib. 

Bu aksiyanın ən böyük şahidi isə mədəniyyət nazirinin müavini Vaqif Əliyevdir. O, Ağdamdakı səfərdən geriyə dönmək üçün yola düşsə də, çətin vəziyyətdə qalıb. Belə ki, o, aksiya səbəbindən bir müddət tıxacda qalıb.

0.52180695533752