Almaniyada icazəsiz yaşayan azərbaycanlılar ölkəyə qaytarıldı - RƏSMİ

 

 

Almaniyada icazəsiz yaşayan Azərbaycan vətəndaşlarının readmissiyası baş tutub.

Bu barədə paralel.az-a Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində 14 noyabr 2019-cu ildə Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib.

Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub.

Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.

İlhamə Əbülfət

0.42000102996826