Tərtərdə doğuş zamanı körpə öldü

 

 

Tərtər rayonunda körpə doğuş zamanı ölüb.

paralel.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Tərtər Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. 

Rayonun Borsunlu kənd sakini, 1997-ci il təvəllüdlü Axundova İlahə Eldar qızı doğuş məqsədilə gecə saatlarında xəstəxanaya müraciət edib. Doğuş zamanı o, körpəsini itirib.

Xəstəxanadan verilən məlumata görə, ananın vəziyyəti yaxşdır.

Faktla bağlı araşdırma aparılır.

0.29498195648193