Mingəçevir sakini Ağcabədidə silahla tutuldu - FOTO

 

 

Mingəçevir şəhər sakini Ağcabədidə odlu silahla tutulub.

paralel.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mingəçevir sakini Nizami Arif oğlu Məmmədov saxlanılıb. 

Onun üzərinə baxış keçirilən zaman üstündə gəzdirdiyi “Korovin TK” tipli tapança aşkar edilərək götürülüb.

Əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan N.Məmmədov barəsində cinayət işi açılıb. Maddi sübut kimi götürülən odlu silahdan hər hansı bir cinayətdə istifadə olunub-olunmadığını müəyyənləşdirmək üçün ekspertizaya təqdim olunub. 

Faktla bağlı araşdırma aparılır.

 

0.1312780380249