Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

paralel.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Dağ Kəsəmən kəndində keçirilən toy mərasimində qeydə alınıb. 

Məlumata görə, 1979-cu il təvəllüdlü Orxan Salahov adlı kənd sakini hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

 O, Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.

Toy sahibinin keçmiş icra nümayəndəsi - Şirzad adlı şəxs olduğu deyilir. 

0.90450811386108