Komitə sədri ekspertləri tənqid etdi

 

 

Bəzi xarici ekspertlər bizə irad tuturlar ki, büdcə xərclərini artırırıq. 

paralel.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. 

Deputat qeyd edib ki, Azərbaycan hökumətinin məqsədi orta müddətdə inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır. 

Komitə sədri əlavə edib ki, Azərbaycanın proqnozlaşdırılan dövlət borcu milli maraqlara cavab verir. 

Z.Səmədzadə onu da bildirib ki, büdcədə nəzərdə tutulan büdcə kəsiri ilə bağlı opponentlərin səsləndirdikləri fikirlər doğru deyil. 

“Növbəti ildə büdcə kəsiri ÜDM-in 3,3 faizi həcmində proqnozlaşdırılır. Durub buna görə bizi tənqid edirlər. Məgər Avropa ölkələrində 3 faizi keçən ölkələr yoxdur?”

Qeyd edək ki, 2020-ci il üçün icmal büdcə kəsirinin 586,7 milyon manat olacağı gözlənilir. 

Aqşin Kərimov

0.14072489738464