“TRİZ METODİKA – İNNOVATİV UŞAQ KLUBU” – Fotolar

      BAKIDA   ABŞ-IN "USAİD" AGENTLIYININ TƏŞKILATÇILIĞI ILƏ "TRİZ METODIKA- INNOVATIV UŞAQ KLUBU" YARADILIB. MISSIYAMIZ UŞAQLARDA QEYRI STANDART, INNOVATIV DÜŞÜNCƏNİ İNKİŞAF ETDİRMƏKDİR.

UŞAQLARINIZIN KREATIV INKIŞAFINA DƏSTƏK VERƏN INNOVATIV XARAKTELI  BU  KURSLAR  "TRİZ   PEDAQOGİKA”  VƏ  " EMOSIONAL INTELLEKT”   ISTIQAMƏTLIDIR.  BUNDAN  ƏLAVƏ   "UŞAQLARIN ÜMUMİ  İNKİŞAFI”  VƏ  "MƏKTƏBƏ  HAZIRLIQ”  KURSLARI DA FƏALIYYƏT GÖSTƏRIR.  KURSLAR  ƏSASƏN  3-8  YAŞLI  UŞAQLARI ƏHATƏ  EDƏCƏKDIR.  VALIDEYNIN  ISTƏYINDƏN  ASILI  OLARAQ BÖYÜK  YAŞ QRUPLARI DA  OLA BILƏR.  KURSLARDA  UŞAQLARA  21-CI  ƏSRIN  ƏSAS  SƏRIŞTƏLƏRI  OLAN  KREATIVLIK, YARADICI TƏFƏKKÜR,  EMOSIYALARIN  IDARƏ  EDILMƏSI  KIMI  MÜHÜM BACARIQ VƏ  VƏRDIŞLƏR  AŞILANACAQDIR.  BELƏ  KURSLAR DÜNYANIN BIR ÇOX ÖLKƏLƏRINDƏ ÇOX GENIŞ YAYILMIŞDIR.

TRİZ  PEDAQOGİKA  NƏDİR?   TRİZ  PEDAQOGİKA 80-cı illərdə formalaşmış elmi pedaqoji istiqamətdir. Onun əsasını  G.S.Asltşullerin yaratdığı  TRİZ nəzəriyyəsi təşkil edir. Bu gün  dünyada  çox  geniş  tətbiq  edilən bu  nəzəriyyə 50 il  əvvəl  Bakı şəhərində  yaradılmışdır. TRİZ  PEDAQOGİKA-nın  məqsədi   müxtəlif  fəaliyyət sahələrindən olan   mürəkkəb  problemlərin  həllinə  imkan verə bilən   güclü təfəkkür formalaşdırmaq, yaradıcı  şəxsiyyət  tərbiyə etməkdir.  Bu  işə  erkən yaşlardan başlamaq  lazımdır.  Problemli təlim   vasitələrindən fərqli olaraq  TRİZ  dünya  təcrübəsində  mövcud olan   ixtira  məsələlərinin həll  metodlarını  ümumiləşdirərək, güclü  metodologiya və  alqoritmlər yaratmışdır. Dünyanın  bir çox  ölkələrinin  təhsil  müəssisələrində (uşaq  bağçasından başlayaraq  universitetlərə  qədər)  – TRİZ   tədris edilir. Biz də  Bakı  şəhərinin kiçik yaşlı  uşaqlarına  TRİZ-i öyrətmək istəyirik .

 

Emosional  intellekt   NƏDİR?  Emosional   (sosial, ictimai)   intellekt (Eİ)  insanın emosiyalarını,  özünün və başqalarının  məqsəd, motiv  və istəyini  dərk etməsi, praktik məsələlərin həlli məqsədi  ilə özünün və ətrafındakıların emosiyalarını idarə etməsidir. Eİ çevik vərdişlərə aiddir.  İntellektual  testlər  çox  vaxt  insanın həyatda  və  karyerada  yüksəlişini  düzgün poqnozlaşdıra  bilmir,   buna  reaksiya olaraq  Eİ anlayışı yaranmışdır. Eİ izah edir ki,  uğurlu  insanlar  digərləri ilə emosional  əlaqələr  əsasında  səmərəli  münasibətlər  qurur,  öz  emosiyalarını  effektiv idarə edir,  amma  ənənəvi  intellekt  anlayışı  bu  aspektləri  nəzərə almır və İQ testlər  bu qabiliyyətləri  qiymətləndirə bilmir.

 

 Ünvan: Bakı ş,  Ceyhun Hacıbəyli 28 C ( “DOSTLUQ”  kinoteatrının  arxasında).

Əlaqə nömrəsi: 055-813-07-77,  e-mail: [email protected]

0.10963296890259